Korrupsiyasız cəmiyyət üçün təhsil

Rastlaşdığım korrupsiya halı ilə bağlı hara müraciət edim?

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin yeni müstəvidə daha səmərəli təşkilinin təmin edilməsi, korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması, onların müraciətləri üzrə dərhal təxirəsalınmaz tədbirlər görülməklə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətin daha məqsədyönlü təşkili məqsədi ilə həmin idarənin nəzdində “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzi yaradılmışdır.

2011-ci il 3 mart tarixindən fəaliyyətə başlayan “Qaynar xətt” əlaqə mərkəzi istirahət və bayram günləri də daxil olmaqla, sutkada 24 saat fasiləsiz işləyir və burada vətəndaşlar tərəfindən Korrupsiya hüquqpozmaları barədə şəhərlərarası, respublika daxili və mobil telefonlar vasitəsilə həmin mərkəzə ödənişsiz zəng etmək üçün bütün texniki imkanlar yaradılmışdır.
 

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər