Korrupsiyasız cəmiyyət üçün təhsil

Korrupsiyaya qarşı mübarizədə müsbət təcrübələrin tətbiqi

Korrupsiyanın qarşısının alınmasının ən ideal metodlarından biri səmərəsini sübut etmiş müsbət təcrübələrin tətbiqidir. Aşağıdakı hekayə bu fikri təsdiq etmək üçün ideal nümunə olaraq istifadə edilə bilər:

Bir neçə il bundan əvvəl Vyetnamın ucqar kəndlərindən birində yeri kəndlilər arasında qeyri-kafi qidalanma ilə bağlı xəstəlik yayılır. Hökumət xəstəliyin səbəblərini araşdırmaq üçün kəndə təhqiqat qrupu göndərir. Qrup xəstəliyə yoluxmuşlara müxtəlif dərmanlar və vitaminlər verərək xəstəliyi aradan qaldırır. Lakin bir müddət sonra xəstəlik həmin kənddə yenidən tüğyan edir.


Vyetnam hökuməti bu dəfə başqa bir təhqiqat qrupunu kəndə göndərir. 2-ci qrup fərqli metoddan istifadə edir - xəstəliyə yoluxmuş ailələrin deyil, bu qədər xəstələrin içərisində sağlam qalmağı bacaran ailələrin həyat tərzi araşdırılır. Nəticədə məlum olur ki, sağlam ailələrin başçıları, digər ailələrdən fərqli olaraq, hər gün işdən qayıdarkən yol kənarında olan kiçik bir arxda dayanır, orada üzən balıqları və həmin ərazidəki müxtəlif otları toplayaraq evlərində bişirib yeyirlər. Həmin balıq və otların laborator şəraitdə müayinəsi nəticəsində müəyyən olunur ki, onların tərkibində olan bəzi elementlər məhz yayılan xəstəliyə qarşı immunitet yarada bilir.

2-ci təhqiqat qrupunun rəyi ilə bu metod bütün kənd əhalisi üzərində yoxlanılır və qısa müddət ərzində xəstəlik tamamilə aradan qaldırılır.

Bu hekayədən çıxarılası əsas nəticə budur ki, əgər bir cəmiyyətdə və ya qrupda mənfi hallara, o cümlədən korrupsiyaya rast gəlinirsə bu mənfilikləri aradan qaldırmağın yolu sadəcə mənfinin kökünün araşdırılması və ona qarşı mübarizə deyil, həmçinin mənfilərin içərisində müsbət qalmağı bacaranların müsbət təcrübəsindən istifadə etməkdir.

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər