Korrupsiyasız cəmiyyət üçün təhsil

Korrupsiya nədir?

Korrupsiya etimad edilmiş səlahiyyətlərin şəxsi mənafe naminə sui-istifadə edilməsidir. Cəmiyyət arasında korrupsiya ilə bağlı mövcud olan məhdud təsəvvürlərdən biri korrupsiyanın sırf dövlət qurumlarının əmək fəaliyyəti ilə bağlı olmasıdır. Halbuki ictimai maraqların mövcud olduğu bütün sektorlarda (özəl sektor, vətəndaş cəmiyyəti, KİV və s.) insanlar tərəfindən konkret şəxslərə etimad edilmiş müəyyən səlahiyyətlər mövcuddur və bunların sui-istifadə edilməsi ehtimalı var. Məsələn, böyük bir şirkətin səhmlərinin bir qismini almaqla siz artıq həmin şirkətdə marağı olan bir fərdə çevrilirsiniz. Şirkətin hər hansı bir vəzifəli şəxsi şirkətin taleyinə təsir edə biləcək bir qərar verərkən sizi və digər səhmdarların maraqlarını da nəzərə almalıdır. Həmin şirkətlə əlaqədar baş verə biləcək bir korrupsiya halı onun reputasiyasına birbaşa təsir edə və səhmlərinin, o cümlədən sizin səhminizin dəyərini azalda bilər.

Korrupsiya ilə bağlı digər məhdud təsəvvür isə onun formaları ilə bağlıdır. Əksər insanlar korrupsiyanı sadəcə rüşvət olaraq qavrayır. Lakin maddi və qeyri-maddi vasitələrlə törədilməklə korrupsiyanın bir sıra növləri - təzahür formaları mövcuddur. Cəmiyyət arasında ən tanınmış korrupsiya növü rüşvətdir. Bununla belə, korrupsiyanın nepotizm, hədiyyə vermə, mənimsəmə, nüfuzdan istifadə etmə, geri pay alma (откат) və digər növləri var. Miqyasına (kiçik korrupsiya (petty corruption) və böyük korrupsiya (grand corruption) və baş vermə tezliyinə (sistemi korrupsiya və qeyri-mütəşəkkil korrupsiya) görə də korrupsiyanın təsnifatı mövcuddur.

 

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər