Korrupsiyasız cəmiyyət üçün təhsil

"Ən böyük korrupsiya skandalları" - 2. "Gixon rəzaləti"

1982-ci il futbol üzrə Dünya Kubokunun qrup mərhələsinin son oyunu - Almaniya Federal Respublikası (AFR) Avstriyaya qarşı.

Oyundan əvvəl qrupdakı komandaların hesabında olan xal vəziyyətinə görə Avstriya 4 xalla qrup lideridir, Əlcəzair 4 xalla qrup 2-cisidir, AFR isə 2 xalla qrup 3-cüsüdür. Həmin dövrün qaydalarına əsasən qalib gələn komanda 2 xal əldə edir.

Bunu nəzərə alaraq, AFR və Avstriya komandaları oyundan əvvəl razılıq əldə edirlər ki, AFR qalib gəlsin və xal hesabında Avstriya və Əlcəzairlə bərabərləşsin. Lakin qol fərqi hesabında Əlcəzairdən cüzi irəlidə olan Avstriyanı riskə atmamaq üçün razılıq belə əldə olunur ki, AFR cəmi 1 qol fərqi ilə qalib gəlsin.

Oyunun 10-cu dəqiqəsində artıq AFR hesabı açır - 1:0 və bununla da sövdələşmə yerinə yetirilmiş olur. Oyunun qalan 80 dəqiqəsi hər iki komandanın hücum etməməsi, vaxtı başa vurmaq üçün öz yarımsahələrində paslaşması ilə keçir. Bu, həm oyunu şərh edən media nümayəndələrində, həm də oyunu izləyən azarkeşlərdə böyük qəzəb yaradır. Televiziya şərhçilərindən bəziləri oyunu şərh etməkdən imtina edir. Digər şərhçilər isə tamaşaçılara kanalı dəyişməyi tövsiyə edir. Əlcəzair azarkeşləri bu məsələnin içində korrupsiya aktının olduğunu göstərmək üçün AFR futbolçularını fitə basdılar və əllərindəki pulları kameralara nümayiş etdirirlər.

Oyunun nəticəsində AFR və Avstriya növbəti mərhələyə yüksəldi, Əlcəzair isə Dünya Kuboku ilə vidalaşdı. Əlcəzair tərəfinin FIFA-ya şikayət etməsinə baxmayaraq, FIFA bu məsələdə FIFA-nın heç bir qaydasının pozulmadığını əsas gətirərək məsələni araşdırmaqdan imtina etdi.

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər