Korrupsiyasız cəmiyyət üçün təhsil

Prinsiplərimiz

Azərbaycan Antikorrupsiya Akademiyası öz fəaliyyəti müddətində aşağıdakı prinsipləri rəhbər tutacaqdır:

Peşəkarlıq

AZAKA-nın fəaliyyətinin başlıca prinsipi peşəkarlıqdır. Akademiyanın ümumi fəaliyyətinin sistemli və ardıcıl təşkili, təlim-tədris proqramlarının hazırlanması və keçirilməsinə peşəkar və təcrübəli şəxslərin cəlb olunması, eləcə də təşkilatın idarəçiliyinin formalaşdırılmasına ədalətli və balanslı yanaşma AZAKA üçün peşəkarlığın əsas meyarlarıdır.

Şəffaflıq

AZAKA-nın təşkil edəcəyi təlim-tədris proqramlarının təqvimi və hədəflənən auditoriyası, yerli və beynəlxalq tərəfdaşların siyahısı, AZACA-nın idarəçiliyinə cəlb olunan və onu dəstəkləyən şəxslərin siyahısı və təşkilatın ümumi gəlir və xərclərinə dair müfəssəl məlumatlar mütəmadi əsasda yenilənərək AZAKA-nın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Qətiyyət

Korrupsiyanın qarşısının alınmasında təlim və tədrisin imkanlarını daha geniş tətbiq etmək kimi bir missiyanın məsuliyyətini üzərinə götürən AZAKA bu missiyanı uğurla həyata keçirərək korrupsiyanın qarşısının alınmasına töhfə verməkdə qətiyyətlidir. Bunun üçün AZAKA dəqiq müəyyən edilmiş bir strategiya üzrə inkişaf edərək cəmiyyətin bütün təbəqələrini bu prosesə töhfə verməyə cəlb edəcəkdir.

Müxtəliflik

AZAKA-nın idarəçiliyində təmsil olunma və təşkil olunan təlim proqramları üçün hədəflənən auditoriyalar dövlət sektoru, özəl sektor, vətəndaş cəmiyəti, kütləvi informasiya vasitələri və akademik dairələr də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrini əhatə edəcəkdir.

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər