Korrupsiyasız cəmiyyət üçün təhsil

Yay Məktəbi üçün müsahibə mərhələsi yekunlaşdı

13-14 avqust 2016-cı il tarixlərində Azərbaycan Antikorrupsiya Akademiyası tərəfindən təşkil olunacaq AZAKAmpinq Yay Məktəbi (25-28 avqust) üçün müraciət edən namizədlərin qiymətləndirilməsinin müsahibə mərhələsi baş tutmuşdur. Qeyd edək ki, ümumilikdə Yay Məktəbində iştirak üçün 120-dən çox namizədlik təqdim olunmuş, bunlardan 50 nəfərin müraciətləri daha uğurlu hesab edilmiş və həmin şəxslər müsahibə mərhələsinə dəvət edilmişdi. Kifayət qədər rəqabətli şəraitdə keçən müsahibə mərhələsi zamanı iştirakçıların böyük əksəriyyətinin Yay Məktəbində iştirak üçün layiqli namizəd olduqları müəyyən edilsə də, iştirakçı sayının məhdudluğu səbəbindən müsahibələri təşkil edən AZAKA Keçid Qrupu çətin seçim qarşısında qalmışdır. Qısa müddətdə AZAKAmpinq Yay Məktəbində iştirak edəcək şəxslərin siyahısı səhifəmizdə dərc ediləcəkdir. 

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər