Korrupsiyasız cəmiyyət üçün təhsil

Şəffaf Forumun ilk qonağı Mətin Kərimlidir

Dəyərli səhifə izləyicilərimiz!

AZAKA olaraq Sizə növbəti böyük layihəmizi təqdim edirik - Şəffaf Forum.

Şəffaf Forum interaktiv müzakirələr formatında şəffaflıq, antikorrupsyia, yaxşı idarəçilik və özünü inkişaf mövzularının müxtəlif aspektlərinə əhatə edərək mütəmadi keçirələcəkdir. 

Forum cəmiyyətdə müxtəlif sahələr üzrə peşəkarlığı ilə seçilən, ictimai nüfuzlu, sahəsi üzrə müəyyən uğur qazanımış, ümümən maraqlı şəxslərlə müəyyən edilmiş mövzular ətrafında fikir mübadiləsi etmək, onların fikir və təcrübəsinin iştirakçılarla paylaşması və eyni zamanda iştirakçıların inkişafı üçün üçün imkanlar yaratmaq məqsədi daşıyır.

İlk forumun qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, cənab Mətin Kərimlidir. Forum üçün “Etik dilemma: necə qərar verməli?” mövzusu müəyyən edilmişdir. Forum peşəkar və gündəlik həyatda qərar vermə prosesi, etik dillemma hallarında mümkün çətinliklər, doğru qərarların axtarılması və bununla bağlı yanaşmaları əhatə edəcəkdir.

Forumda iştirak hər kəs üçün açıqdır. Lakin yerlərin məhdudluğu iştirakın qeydiyyat əsasında aparılmasını şərtləndirir. İştirak etmək istəyən şəxlərdən aşağıdakı keçiddən qeydiyyatdan keçməsi xahiş edilir. 

https://docs.google.com/forms/d/e/1FAIpQLScGKYdGJPmvwlm6htKKX2173cosKQoEb352DOcoJ8-220QwtA/viewform?c=0&w=1

Yerlərin məhdud olması ilə bağlı siyahı üzrə ilk qeydiyyatdan keçənlərə təsdiq məktubları göndəriləcəkdir. Forum 22 oktyabr tarixində keçiriləcəkdir. Forumun yeri, təşkili və mövzu ilə bağlı ətraflı məlumatlar iştirakı təsdiq edilmiş şəxslərə əlavə göndəriləcəkdir.

Hər hansı sualınız üçün  info@academy.az ünvanına və ya FB səhifəmizə müraciət edilməsini xahiş edirik. 

Hörmətlə,

AZAKA Keçid Qrupu

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər