Korrupsiyasız cəmiyyət üçün təhsil

Növbəti ŞəffaForum keçirildi

Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) 12 noyabr tarixində növbəti Şəffaf Forum tədbirini təşkil etmişdir. Tədbirin qonağı "BP Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli olmuşdur. Forumun mövzusu "Neft-qaz sənayesində şəffaflıq tələbləri" haqqında olmuşdur. Forum çərçivəsində neft-qaz sənayesində və korporativ idarəetmədə şəffalıq tələbləri, onun meyarları, şəffaflığın təmin olunmasının əsas prinsipləri və bu sahədə beynəlxalq standartlar haqqında qarşılıqlı müzakirə aparılmışdır.  

Cənab Bəxtiyar Aslanbəyli və tədbirin bütün iştirakçılarına  Şəffaf Forumun uğuruna töhfə verdikləri üçün minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə edərək ADA Universiteti rəhbərliyinə də AZAKA tədbirlərinə ev sahibliyi etdikləri və təşkilati məsələlərə dəstək olduqları üçün ayrıca təşəkkür edirik.

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər