Korrupsiyasız cəmiyyət üçün təhsil

Mətin Kərimli - Etik Dilemma, necə qərar verməli?

Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) 22 oktyabr tarixində özünün ilk Şəffaf Forum tədbirini təşkil etmişdir. Tədbirin qonağı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli olmuşdur. Etik dilemma mövzusuna həsr olunan tədbir zamanı qonaq əvvəlcədən təqdim etdiyi etik dilemma keysi ilə əlaqədar iştirakçılarla interaktiv söhbət aparmış, daha sonra isə qərarvermə prosesində qarşılaşılan etik dilemma vəziyyətlərində nəzərə alınmalı olan faktorlara dair öz zəngin təcrübəsini iştirakçılarla bölüşmüşdür.

Cənab Mətin Kərimliyə və tədbirin bütün iştirakçılarına ilk Şəffaf Forumun uğuruna töhfə verdikləri üçün minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə edərək ASAN Xidmət rəhbərliyinə də AZAKA tədbirlərinə ev sahibliyi etdikləri və təşkilati məsələlərə dəstək olduqları üçün ayrıca təşəkkür edirik.

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər