Korrupsiyasız cəmiyyət üçün təhsil

Azərbaycan Antikorrupsiya Akademiyası yaradıldı

Azərbaycan Antikorrupsiya Akademiyası - AZAKA korrupsiyanın qarşısının alınmasında təhsilin rolu və imkanlarını daha geniş tətbiq etmək üçün Mərkəzi qərargahı Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu olmuş, hal-hazırda orada təhsil alan və həmin Akademiyanın idarəçilik orqanlarında təmsil olunan Azərbaycan vətəndaşları tərəfindən yaradılmış ictimai təşəbbüsdür.
Məqsəd korrupsiya qarşı mübarizə üzrə ictimai məlumatlandırmanı artırmaq, bu sahəyə marağı olan şəxslərin biliklərinin artırılması üçün imkanlar təmin etmək, peşəkar müzakirə və araşdırmalar üçün platforma yaratmaq və sağlam antikorrupsiya mühitinin formalaşdırılmasına töhfə verməkdir.
AZAKA-nın təhsil-tədris proqramları ictimai mühazirələr, qısa və uzun müddətli təlim proqramları, silsilə seminarlar və iştirakçıların tələb və ehtiyaclarına uyğunlaşdırılmış xüsusi proqramlar olmaqla korrupsiyaya qarşı mübarizənin bütün istiqamətlərini əhatə edəcəkdir.
AZAKA eyni zamanda korrupsiyaya qarşı mübarizə üzrə araşdırmaların və təkliflərin hazırlanmasını həyata keçirəcək və bu sahədə ixtisaslaşan beynəlxalq qurumlar və analitik mərkəzlərlə sıx əməkdaşlıq edəcəkdir.
Akademiyanın mütəmadi əsasda təşkil edəcəyi mühazirələrində ölkəmizin tanınmış ictimai xadimləri iştirak edəcək və korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə dair maraqlı fikir mübadiləsi aparılacaqdır. AZAKA təşəbbüs qrupu bütün maraqlı şəxsləri öz tədbirlərində iştiraka dəvət edir.

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər