Korrupsiyasız cəmiyyət üçün təhsil

AZAKA-ya həsr olunmuş təqdimat-mühazirə keçirildi

14 may 2016-cı il tarixində Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) təqdimatı və ilk mühazirəsi təşkil olunmuşdur.

Təqdimatda korrupsiyaya qarşı mübarizə mövzusuna maraq göstərən çox sayda tələbə və gənclər iştirak etmişdir.

Tədbirin əvvəlində iştirakçılara AZAKA-nın təsis edilməsini zəruri edən amillər, Akademiyanın məqsədləri, strukturu, AZAKA tədbirlərində iştirakın üstünlükləri, AZAKA-nın gələcək planları və digər məlumatlar təqdim edildi.

Daha sonra iştirakçıları da cəlb etməklə korrupsiya nədir? korrupsiyanın səbəbləri və ona şərait yaradan amillər hansılardır? Korrupsiyanın hansı növləri var? İctimaiyyət arasında korrupsiyanın anlayışı barədə mövcud olan səhv təsəvvürlər hansılardır? korrupsiya səviyyəsi necə ölçülür? korrupsiyaya qarşı hansı səmərəli mübarizə metodları var? və digər suallara cavablar əsasında interaktiv mühazirə təşkil olundu.

İştirakçılara interaktiv mühazirədə fəal iştiraklarına görə bir daha təşəkkür edirik!

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər