Korrupsiyasız cəmiyyət üçün təhsil

AZAKA Tələbə Gənclər Təşkilatlarına təqdim edildi

23 iyul 2016-cı il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında İttifaqa daxil olan təşkilatların üzvləri üçün Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) Keçid Qrupu tərəfindən təqdimat/mühazirə keçirilmişdir.

Tədbir zamanı iştirakçılara AZAKA-nın yardılması, fəaliyyəti, missiyası, prinsipləri, gələcək vizyonu, strukturu, AZAKA-dan faydalanmağın vasitələri barədə məlumat verilmiş, eləcə də korrupsiyanın qarşısının alınmasında təhsilin rolu barədə interaktiv müzakirə təşkil edilmişdir.

Tədbirdə həmçinin AZAKA-nın cari ilin 25-28 avqust tarixlərində təşkil edəcəyi Yay məktəbi - “Azakampinq” barədə məlumat verilmiş bununla bağlı iştirakçıların sualları cavablandırılmışdır.

Xoş qəbula və tədbirə ev sahibliyinə görə ‪‎ATGTİ‬ rəhbərliyinə minnətdarlığımızı bildiririk.

Tədbirin iştirakçılarına isə AZAKA-nın fəaliyyətinə olan maraqları və fəal iştiraklarına görə təşəkkür edir, onları “Azakampinq” yay məktəbində və gələcək tədbirlərimizdə görməkdən məmnun olacağımızı bildiririk!

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər