Korrupsiyasız cəmiyyət üçün təhsil

AZAKA-nın ilk təlimi keçirildi

28 may 2016-cı il tarixində Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) ilk təlimi keçirilmişdir.

Təlimin əvvəlində iştirakçılara AZAKA-nın yaranma səbəbi, məqsədləri və gələcək vizyonu barədə məlumat verilmişdir.

Daha sonra tarixin ən böyük korrupsiya skandallarından olan "Ford Pinto", "İtaliya sülhməramlı qüvvələri" və "Gijon rəzaləti" keysləri iştirakçılarla birgə müzakirə edilərək hər bir haldakı korrupsiya elementləri müəyyən edilmişdir.

Təlimin 2-ci hissəsində isə iştirakçılara jurnalistika, təhsil və biznes sahələrini əhatə edən 3 etik dilemma tapşırığı verilmiş və tapşırıqlardakı hər bir potensial korrupsiya halında iştirakçılardan hansı qərarı qəbul edəcəkləri sorğu edilmişdir.

Təlimdə fəal iştiraka görə hər bir iştirakçıya bir daha minnətdarlıq bildiririk. Gələcək tədbirlərimizdə iştirak etmək istəyən hər bir şəxs facebook səhifəmiz və vebsaytımız vasitəsilə bizi izləyə bilər.

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər