Korrupsiyasız cəmiyyət üçün təhsil

AZAKA Fransada təqdim edildi

Azərbaycan Antikorrupsiya Akademiyasının fəaliyyəti müddətində önəm verəcəyi əsas istiqamətlərdən biri də beynəlxalq anti-korrupsiya ictimaiyyəti daxilində öz yerini tutmaq üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi olacaqdır. Bu xüsusda, yeni əməkdaşlıqların qurulması üçün AZAKA tərəfindən hər bir fürsət dəyərləndiriləcəkdir.
 
Bununla əlaqədar, 24 iyul 2016-cı il tarixində Fransanın Milli İnzibati Məktəbində (École Nationale d'Administration - ENA) AZAKA-nın təqdimatı keçirilmişdir. AZAKA Komandasının üzvü Vüqar Məmmədov tərəfindən keçirilən təqdimatda Fransa ilə yanaşı, Əlcəzair, Mərakeş, Ukrayna, Burkina Faso, Cibuti, Çad, Misir, Benin, Niger. Braziliya və Madaqaskardan olan 25 dövlət qulluqçusu və vətəndaş cəmiyyəti üzvləri iştirak etmişdir. Təqdimatda iştirakçılara AZAKA-nın missiyası, prinsipləri, tədris proqramları və gələcək vizyonu barədə müfəssəl məlumat verilmişdir.

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər