Korrupsiyasız cəmiyyət üçün təhsil

AZAKA-ELSA Antikorrupsiya Qış Məktəbinin açılışı

4 fevral 2017-ci il tarixində Qəbələ şəhərində Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) və Avropa Hüquq Tələbələri Assosasiyasının (ELSA) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dəstək Şurasının maliyyə dəstəyi ilə keçirilən Antikorrupsiya Qış Məktəbinin açılış mərasimi baş tutmuşdur.

Fevralın 8-dək davam edəcək Qış Məktəbi zamanı iştirakçılara korrupsiya nədir, onun növləri, səbəbləri, cəmiyyət üçün fəsadları, korrupsiyanın qarşısının alınmasında hüquqi vasitələr, bu sahədə ixtisaslaşmış orqanların fəaliyyəti, preventiv tədbirlər, “Asan-Xidmət” modeli, özəl sektorda korrupsiya və korrupsiyaya qarşı mübarizənin kriminoloji aspektləri barədə məlumat veriləcək, praktiki məşəğələlər həyata keçiriləcəkdir.  Tədbirdə iştirak üçün 500-dən artıq şəxs müraciət etmiş 30 nəfər iştirakçı seçilmişdir.  

Qış məktəbində təlimçi qismində tədbirin təşkilinə dəstək göstərən bu sahədə ixtisaslaşmış orqanların və vətəndaş cəmiyyəti təşkilatının peşəkar  nümayəndələri, beynəlxalq antikorrupsiya akademiyasının məzunlarıdır.  Açılış mərasimi Qəbələ “Asan-Xidmət” mərkəzində keçirilmişdir.

Qeyd edək ki, AZAKA-nın təşkilatçılığı ilə 2016-cı ilin avqust ayında Bakıda Antikorrupsiya Yay Məktəbi keçirilmişdi. May ayından fəaliyyət göstərən Azərbaycan Antikorrupsiya Akademiyası antikorrupsiya mövzusunda mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir.

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər