Korrupsiyasız cəmiyyət üçün təhsil

"ASAN Könüllüləri" üçün təqdimat keçirildi

14 iyul 2016-cı il tarixində Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) Keçid Qrupu tərəfindən "ASAN Könüllüləri" Təşkilatının üzvləri üçün təqdimat/mühazirə keçirilmişdir. 

Təqdimatda 50-dən çox ASAN könüllüsü iştirak etmişdir. Tədbir zamanı iştirakçılara AZAKA-nın yardılması, fəaliyyəti,  missiyası, prinsipləri, gələcək vizyonu, strukturu, AZAKA-dan faydalanmağın vasitələri barədə məlumat verilmiş, eləcə də korrupsiyanın qarşısının alınmasında təhsilin rolu barədə interaktiv müzakirə təşkil edilmişdir. İştirakçılara həmçinin kiçik etik dilemma keysləri təqdim edilmiş və hər bir keysdəki potensial korrupsiya halında iştirakçıların necə davranacağı sorğu edilmişdir.

Tədbirdə həmçinin AZAKA-nın cari ilin 11-14 avqust tarixdə təşkil edəcəyi Yay məktəbi “Azakampinq” barədə məlumat verilmiş  bununla bağlı iştirakçıların sualları cavablandırılmışdır.

ASAN könüllülərinə AZAKA-nın fəaliyyətinə olan maraqları və  fəal iştiraklarına görə təşəkkür edir, onları “Azakampinq” yay məktəbində və  gələcək tədbirlərimizdə görməkdən məmnun olacağımızı bildiririk. 

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər