Korrupsiyasız cəmiyyət üçün təhsil

Antikorrupsiya Yay Məktəbi başa çatdı

Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) 25-28 avqust 2016-cı il tarixlərində təşkil etdiyi Antikorrupsiya Yay Məktəbi uğurla başa çatmış və iştirakçılara təlimi bitirdiklərinə dair sertifikatlar təqdim edilmişdir. Yay Məktəbi müddətində iştirakçılara korrupsiya nədir?, onun  hüquqi, iqtisadi, sosial və psixoloji tərəfləri, onunla necə mübarizə aparmaq olar?, səmərəsini sübut etmiş mütərəqqi antikorrupsiya təcrübələri, korrupsiyaya qarşı mübarizədə vətəndaş mövqeyi, hüquq və vəzifələri, özəl sektorda və mediada korrupsiya məsələlərinə dair müfəssəl nəzəri məlumatlar verilmiş və iştirakçılar müxtəlif praktiki tapşırıqlar yerinə yetirmişdir.

Yay Məktəbi müddətində Azərbaycan Respublikası Milli Məclisi, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Beynəlxalq Şəffaflıq" qeyri-hökumət təşkilatı, "Azvision.az" media portalı və digər dövlət və qeyri-dövlət qurumları təmsil edən peşəkar təlimçilər öz bilik və təcrübələrini iştirakçılarla bölüşmüşdür.

Proqramın yekununda iştirakçılara korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya layihəsinin ictimai dinləmələri formatında simulyasiya oyunu təşkil olunmuş və iştirakçılar qruplara bölünərək müxtəlif sahələrə dair öz antikorrupsiya islahat təkliflərini ekspertlərdən ibarət komissiyaya təqdim etmişdir. Simulyasiyanın sonunda ekspertlər təqdim olunan təklifləri mahiyyəti üzrə iştirakçılarla birlikdə müzakirə edərək hansı təkliflərin daha səmərəli olacağına dair yekun rəy vermişdir.

AZAKA Keçid Qrupu iştirakçılara və təlimçilərə Yay Məktəbinin uğurunun təmin olunmasına verdikləri töhfəyə görə dərin minnətdarlığını bildirir və bu cür uğurlu layihələrin davamlı olması üçün bütün zəruri tədbirlərin görüləcəyinə dair təminat verir.

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər