Korrupsiyasız cəmiyyət üçün təhsil

Maliyyələşmə

AZAKA onun missiya və prinsiplərini paylaşan, antikorrupsiya təhsilinin əhəmiyyətinə, AZAKA-nın peşəkar yanaşmasına və bu fəaliyyətin müsbət təsirinə inanan, bu yolla cəmiyyətin inkişafına, yeni dəyərlərin yaranmasında aktiv iştirak etmək istəyən, eyni fikirləri paylaşan komanda və tərəfdaşların dəstəyi əsasında fəaliyyət göstərir.

AzAKA-nın proqramları könüllü təşəbbüslər, tərəfdaşların dəstəyi, fərdi layihələr, sifarişlər, ianələr, qarşılıqlı razılaşmalar əsasında həyata keçirilir. AzAKA-nın katibliyi və əksər təlimçiləri könüllü əsasda fəaliyyət göstərir. Tərəfdaşların artan sayı AzAKA-nın güclənməsinin və fəaliyyətinin müsbət təsirlərinin təminatçısıdır.

AzAKA fəaliyyətinə dəstək olmaq üçün səhifənin "Bizə qoşul" və "Dəstək ol"  bölmələrinə nəzər yetirin.

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər