Korrupsiyasız cəmiyyət üçün təhsil

F.A.Q

1. AZAKA nədir?

Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) korrupsiyanın qarşısının alınmasında təhsilin rolu və  imkanlarını daha geniş tətbiq etmək üçün yaradılmış ictimai təşəbbüsdür. Məqsəd korrupsiya qarşı mübarizə üzrə ictimai məlumatlandırmanı artırmaq, bu sahəyə marağı olan şəxslərin biliklərinin artırılması üçün imkanlar təmin etmək, peşəkar müzakirə və araşdırmalar üçün platforma yaratmaq və sağlam antikorrupsiya mühitinin formalaşdırılmasına töhfə verməkdir. AZAKA-nın təhsil-tədris proqramları ictimai mühazirələr, qısa və uzun müddətli təlim proqramları, silsilə seminarlar və iştirakçıların tələb və ehtiyaclarına uyğunlaşdırılmış xüsusi proqramlar olmaqla korrupsiyaya qarşı mübarizənin bütün istiqamətlərini əhatə edir. AZAKA eyni zamanda korrupsiyaya qarşı mübarizə üzrə araşdırmaların və təkliflərin hazırlanmasını həyata keçirir, bu sahədə ixtisaslaşan beynəlxalq qurumlar və analitik mərkəzlərlə sıx əməkdaşlıq edir.

2. AZAKA harada yerləşir?

Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 157 ünvanında fəaliyyət göstərir.

3. AZAKA proqramlarında iştirak edənlərə hansı təsdiqedici sənədlər verilir?

AZAKA iştirakçılar üçün müxtəlif formatlı və müddətli tədris proqramları təklif edir. Proqramlar bölməsində bu barədə ətraflı məlumat yerləşdirilmişdir. Bu proqramlarda iştirak edən şəxslər proqramın formatına uyğun müvafiq AZAKA sertifikatları və tövsiyə məktubları ilə təltif edilirlər. İştirak barədə məlumatlar həmçinin internet səhifədə arxiv məlumatlarında yerləşdirilir.

4. AZAKA proqramları ödənişlidirmi?

AZAKA sosial təşəbbüsdür  və proqramları iştirakçılar üçün ödənişsizdir. Spesifik ehtiyac və tələblərə uyğunlaşdırılmış və xüsusi auditor üçün nəzərdə tutulan təlimlər qarşılıqlı razılaşmaya əsasən ödənişli əsasda həyata keçirilə bilər. Bu halda müvafiq məlumatlar əvvələcədən təqdim edilir.   

5. AZAKA proqramlarında mövzular yalnız antikorrupsiya mövzusunu əhatə edir?

AZAKA proqramlarının əsas mövzusunu antikorrupsiya, səmərəli idarəçilik, etika və sair əlaqədar istiqamətlər təşkil edir, lakin mövzular bununla məhdudlaşmır. AZAKA ənənəvi proqramlarının əhatəsi  genişləndikcə, iştirakçı sayı və maraqları artdıqca  yeni mövzularda da proqramlar elan ediləcəkdir.   

ŞəffaForum

Müraciət et

Dəstək

ol

Bizə

qoşul

İdeya

göndər